Qaytarma və mübadilə prosesini necə edə bilərəm?
Grinco olaraq var olma səbəbimiz müştərilərimizi ən yüksək səviyyədə məmnun etməyi bacarmaqdır. Bu səbəbdən geri qaytarmaq və ya dəyişdirmək istədiyiniz məhsulları satış təmsilçimiz ilə asanlıqla sorğu yaradaraq 7 gün ərzində geri qaytara bilərsiniz. İlk növbədə, geri qaytarılacaq məhsulları onların miqdarı ilə birlikdə aidiyyatlı satış təmsilçimizə mail vasitəsi ilə bildirin.
Qaytarma səbəbinizi göstərin.
Lütfən, aldığınız məhsulu(məhsulları), bütün aksesuarları və orijinal qutunu Qaytarma-dəyişmə kodu ilə birlikdə geri göndərin. Geri qaytarmaq istədiyiniz məhsul-məhsullar sui-istifadə nəticəsində zədələnməməli və ya qablaşdırma zədələnməməlidir. Vergi ödəyicisi müştərilərimiz qanuni olaraq geri qaytarma sənədi verməyə və bu sənədi imza-möhürləyib, scan edilmiş formada
office@grinco.az emailinə göndərməlidirlər. Əgər o, bu sənədi scan edib göndərə bilmirsə,sənədi qaytarılan məhsulla birlikdə göndərməlidir.
Çap və Poliqrafiya İşləri Kateqoriyasında olan məhsullar sizin istəyinizə uyğun olaraq istifadəniz üçün xüsusi olaraq istehsal olunduğundan, yalnız qüsurlu məhsullar olduqda geri qaytarılma qəbul edilir.
Kartriclər, tonerlər və lentlər açıldıqdan sonra geri qaytarılmır. Əgər məhsulda istehsal qüsuru olduğunu düşünürsünüzsə bu zaman aidiyyatlı satış təmsilçimiz ilə əlaqə saxlayın.