Seylon çay yarpaqları berqamot yağından alınan xüsusi Beta aroması ilə qarışdırılaraq Beta Earl Grey çayı hazırlanır. Tünd olmayan dəm rəngi, həm sərt, həm də yumşaq dadı və ətri ilə çaysevərlərin sevdikləri çaydır. Dəmlənərkən parlaq, orta tündlükdə rəng alır və Şri-Lanka çayları üçün xarakterik həm sərt, həm də yumşaq dada malikdir.
Earl Grey çayın tarixi
Earl Grey çayı öz adını Earl Çarlz Greydən alıb. Earl Çarlz Grey 1830-1834-cü illərdə İngiltərənin baş naziri olmuşdur. Öz hakimiyyəti dövründə köləliyə son qoymasına baxmayaraq, daha çox bu çaya öz adını verməsi ilə tanınır.